​BAKI, 12 may. TELEQRAF

Azərbaycanın birinci dövlət katibi, mərhum akademik Tofiq İsmayılovun oğlu Mir Heydər İsmayılov və onunla birlikdə ittiham olunan şəxslərin işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Teleqraf-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə müdafiə tərəfi həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsin istəyib. Lakin qətimkan tədbiri dəyişdirilmədən iş baxışa verilib.

Qeyd edək ki, Mir Heydər İsmayılov iki nəfərə torpaq alqı-satqısında kömək edəcəyi barədə yalan vəd verməkdə, onların 810 min manatını ələ keçirməkdə ittiham edilir.

Ona qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda zərər vurmaqla törədildikdə) maddəsi ilə ittiham verilib.

Tofiq İsmayılov 1991-ci il noyabrın 20-də Qarakənd kəndi üzərində ermənilərin Azərbaycanın hərbi helikopterini vurması nəticəsində həlak olub.