TBİLİSİ, 16 may. TELEQRAF

“Avroviziya-2025” mahnı müsabiqəsinin ikinci yarımfinalında xüsusi nömrə təqdim olunub.

Teleqraf-ın Gürcüstan bürosu xəbər verir ki, səhnəyə pandemiya səbəbindən ləğv edilmiş “Avroviziya-2020”də çıxış etməli olan bəzi ölkələrin təmsilçiləri çıxıb.

Onların arasında Samirə Əfəndi də yer alıb. O, 2020-ci ildə müsabiqədə ifa etməyə hazırlaşdığı “Kleopatra” mahnısını təqdim edib. Xüsusi nömrədə Azərbaycanla yanaşı, İsveçrə, Malta, Litva təmsilçiləri də çıxış ediblər.

Qeyd edək ki, S.Əfəndi Azərbaycanı “Avroviziya-2021”də “Mata Hari” mahnısı ilə təmsil edib. O, yarışmada 20-ci yeri tutmuşdu.