Birce Akalay ilə Sarp Levendoğlu nişanlandı.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Küçük ağa” serialının çəkilişlərində tanışıb, sevgili olan Birce Akalay ilə Sarp Levendoğlu nişanlanıblar.

İkili yaxın dostlarının da iştirak etdiyi sadə bir mərasimdə nişan üzüklərini taxıblar. Levendoğlunun “Asmalımescit”dəki evində bərabər yaşamağa başlayan ikili paparazzilərin kameralarına tuş gəliblər. Belə ki, sevgililər evə girərkən görüntüləniblər.

Qeyd edək ki, Birce Akalay “Yer Göy Aşk” serialında tanış olduğu Murat Ünalmış ilə 2011-ci ildə nikah masasına oturmuş və 2012-ci ildə rəsmi şəkildə ayrılmışlar. Sarp Levendoğlu isə aktrisa Begüm Birgörənlə beş illik münasibətinə ötən il son vermişdi.

Pərvin