Tarix (Tolik) Əliyevlə müğənni Roza Zərgərli arasında qalmaqal davam edir.
Prodüser Teleqraf.com-a açıqlamasında Roza Zərgərlinin “Tolik mənimlə qalmaqal edib, Aygün Kazımova ilə arasını düzəltmək istəyir" ittihamına cavab verib: “Mənim Aygün Kazımova ilə münasibətim çox yaxşıdır. Roza da bilir ki, Aygün Kazımova ilə münasibətim həmişə yaxşı olub. Rozanın havayı reklam etməyəcəm. 15 ildir ki, sənətdə heç nə edə bilmir. İndi də mənim adımı çəkməklə gündəmə gəlir. Bu vaxt ərzində gündəmə gələ bilmirdi. Onsuz da bu sözlərim onu gündəmdə saxlayacaq. Halal xoşu olsun. 15 ildə edə bilmədiyini bir gündə etdim. Sevil, Sevinc bacıları ilə işi olmasın.
Deyib ki, qızlara 6 ay prodüserlik edib. Qızları “O səs Türkiyə”də o tanıtdırıb? Yoxsa o oxuyub? O, Azərbaycanda qızların sevildiyi qədər sevilmir. Bacılar həftədə beş gün canlı efirdə, radioda çıxış edirlər. Mən də Aygün Kazımova ilə işləmişəm. A.Kazımovanı mən müğənni etmişəm? Xeyr. Röya ilə də işləmişəm, bir yerdə uğurlarımız olub. Bu, o demək deyil ki, onu mən Röya etmişəm. Fakt odur ki, Rozanı heç kimi Roza edə bilmir”.
Rəqsanə