“Marka düşkünü deyiləm. Çox pul verib çanta aldım, onu birinci gün qızlara göstərdim. Bəs ikinci, üçüncü, dördüncü gün? O çanta hər hansı bir çantaya çevrilir. Ona görə də o qədər pulu həyatımda vermərəm. Pulu çox çətinliklə qazanıram, it kimi işləyirəm”.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri tanınmış model-aparıcı Çağla Şikel deyib.

Model həmçinin gözəllik sirlərindən də danışıb. O, idman etdiyini və balanslı qidalanmağa üstünlük verdiyini deyib.

"Mən də makaron, düyü, küftə, İskəndər kabab, pizza, kokoreç yeyirəm. Kartof qızartmasından ötrü ürəyim gedir. Həftədə bir dəfə yeyirəm, amma səhəri gün idmanımı edib və balanslı qidalanmağa çalışıram".