Türkiyəli müğənni Sibel Canın Bakı konsertinin vaxtı və yeri müəyyənləşib.

Teleqraf.com xəbər verir ki, sənətçi mayın 14-də Bakı Konqres Mərkəzində çıxış edəcək.

Müğənni Bakıya geniş musiqi heyəti ilə gələcək. İfaçı paytaxtda yalnız bir gün olacaq.

Qeyd edək ki, konsert "Peachline и Kevents Group"un təşkilatçılığı ilə baş tutacaq.