BAKI, 17 avqust. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Omanın İranla münaqişədə tutduğu mövqedən narazılığını bildirib.

Teleqraf xəbər verir ki, Tramp jurnalistlərin İranla münaqişənin həllinə mane olacağı təqdirdə Omana zərbə endirməyə hazır olub-olmaması suallarına cavab olaraq deyib: "Düşünmürəm ki, onlar özlərini çox yaxşı apardılar. Amma biz bunu çox asanlıqla həll edə bilərdik. Necə ki, biz başqa şeylər edirik".