“Location" klubda baş verən partlayışda yaralanan model Təranə Rzayeva (Merlin) onu tənqidlərə cavab verib.

Teleqraf.com xəbər verir ki, Merlin İnsaqramda hekayə bölümündə bu sözləri yazıb:

"Bütün şəkillərimizin paylaşıldığı saytlarda özlərinə yüzə yaxın saxta səhifələr açanlar şərh yazırlar. Onlar sırf şərh yazmaq üçün yaradılan saxta səhifələrdir. Ağızlarına gələn murdar ifadələr işlədirlər, iyrənc kütlə yığırlar. Əslində, murdar ifadələr yazan iki-üç nəfərdir.

Əsas odur ki, mənə yüzlərlə xanımlardan və bəylərdən dəstək mesajı gəlir. Əylənmişəm, demişəm, gülmüşəm... Kimə pislik etmişəm? Nəyisə edəndə kimdənsə icazə almayacam. Yanan da mən oldum, sizlər deyil, kəfəni cıran da... Hər kəs deyir, anam namaz üstə olub. Mən deyirəm, qızım namaz üstə olub. Çünki orucluq girən günü ilk dəfə namaz qılmağa başlayıb, ilk orucunu tutub. O saatda klubda belə olmasaydım da, sahur üçün başqa restoranda olacaqdım. Hər orucluqda olduğu kimi. İçki də içməmişəm. Məni tanıyan bilir ki, içkiyə meyilli biri deyiləm, xoşlamıram".