“Location” klubda baş verən partlayış zamanı xəsarət alan model Təranə Rzayeva (Merlin) xəstəxanadan video paylaşıb.

Teleqraf.com xəbər verir ki, Merlin üzünün deyil, saçlarının yandığını deyib:

“Hamıya gözəl sözləri üçün təşəkkür edirəm. Daxilində mərhəmət hissi, insanlığı olan, pis günə sevinməyən hər kəs sağ olsun. Aysel Şükürovaya da Allah şəfa versin, məni partlayış zamanı axtardığı üçün. Məni həmin an xəstəxanaya aparırdılar. Məni oradan çıxaran, xəstəxanaya aparan şəxsə çox sağ olun deyirəm. O, mənə görə ordakı vəziyyətə qatlandı. Səhhətim sürətlə yaxşılığa doğru gedir. Sevinirəm ki, üzüm yanmayıb. Artıq saçlarım yoxdur, hamısı yanıb. Başqa hər şey yaxşıdır”.