Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanıqızı haqqında məhkəməyə təqdim etdiyi sübutları şəxsi İnstaqram hesabında paylaşıb.
Teleqraf.com xəbər verir ki, Flora Kərimova paylaşımına bu sözləri yazıb: “Düşünürəm iddiası olanın sübutlara arxalanan dəlili olar. Yalanlarla silahlanmaq acizliyin göstəricisidir. Birinci gündən məhkəməyə təqdim olunan faktları xronologiya ilə sizin mühakimənizə təqdim edirəm. Zamanınızı bir az alacaq faktları toplu şəkildə incələmək, qərəzli və göstərişlə yazılan rəylərə cavabımdır! Həqiqətin yanında olan hər kəsə təşəkkür edirəm. Öpürəm hər birinizi!".
Qeyd edək ki, yaxın günlərdə Binəqədi rayon məhkəməsində xalq artisti Flora Kərimovanın müğənni Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətlə bağlı məhkəmə iclası keçirilib.
Xatırladaq ki, Flora Kərimova müğənni Afət Fərmanqızının onu təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə ittiham olunmasını tələb edir.