Türkiyəli müğənni Hadisə Belçikanın MNM radiosuna qonaq olub.
Teleqraf.com xəbər verir ki, Hadisə "Belçikadan "Avroviziya" müsabiqəsinə qatılmaq üçün təklif gəlibmi?" sualına "Təklif gəlmədi, amma müsabiqədə Belçikanı təmsil etmək istəyərəm", - deyib.
Qeyd edək ki, Hadisə Türkiyəni 2009-cu ildə "Avroviziya" müsabiqəsində təmsil edib. O, dördüncü pillədə qərarlaşıb.