Türkiyəli məşhur müğənni Hadisənin sevgilisi, aktyor Kaan Yıldırımdan ayrılması haqqında iddia ortaya atılıb.

Teleqraf.com xəbər verir ki, Hadisənin Kaan Yıldırım ilə ayrılmasına sosial şəbəkə fenomeni Reynmenin səbəb olduğu göstərilib.

Hər iki tərəf bu haqda açıqlama verməkdən imtina ediblər.

Belə ki, Hadisə sosial şəbəkədə Reynmenin "Ela" mahnısına rəqs etdiyi videosunu Kaan Yıldırımla sevgili olduqdan sonra silmişdi.