BAKI, 1 sentyabr. TELEQRAF

Ukrayna İrlandiyada keçirilən Avropa İttifaqı (Aİ) müdafiə nazirlərinin qeyri-rəsmi görüşündən hava hücumundan müdafiə sistemlərinin (HHM) tədarükü üzrə konkret nəticələr gözləməməlidir.

Teleqraf xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas nazirlərin görüşündə bildirib.

Ukraynalı jurnalistlərin Kiyevin görüşün yekunlarına əsasən HHM sistemləri ilə bağlı hansısa yardım gözləyə bilib-bilməyəcəyi barədə sualını cavablandıran Kallas deyib:

“Bu, qeyri-rəsmi görüşdür. Buna görə də bu gün hər hansı konkret qərar qəbul etmirik”.