BAKI, 1 sentyabr. TELEQRAF
Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin başçıları Qırğızıstanda keçirilən sammitdə Bişkek Bəyannaməsini imzalayıblar.
Teleqraf xəbər verir ki, bu barədə sammitin təşkilat komitəsi məlumat yayıb.
Bəyannaməyə əlavə olaraq, ŞƏT Üzv Dövlətləri üçün Təhlükəsizlik Çətinlikləri və Təhdidləri ilə Mübarizə üzrə Universal Mərkəz haqqında Əsasnamə və təşkilatın üzv dövlətlərində 2026-2030-cu illər üçün limanların və logistika mərkəzlərinin inkişafı üzrə fəaliyyət planı da daxil olmaqla daha 27 sənəd imzalanıb.