BAKI, 13 may. TELEQRAF

Bu gün Daşkəsən, Qazax, Tovuz və Şəmkir rayonlarının bəzi hissələrində qaz təchizatı dayandırılacaq.

Bu barədə Teleqraf-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, "Qaz İxrac" İdarəsi tərəfindən yaz-yay mövsümü ilə bağlı nəzərdə tutulmuş işlərin icrası və təmir işləri ilə əlaqədar bu gün işlər yekunlaşanadək Daşkəsən rayonunun Xoşbulaq, Zağalı, Qazaxyolçular, Qaraqollar kəndlərinin, Qazax rayonunun II Şıxlı və Xanlıqlar kəndlərinin, həmçinin Tovuz və Şəmkir rayonlarında sənaye müəssisələrinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.