BAKI, 13 may. TELEQRAF
Azərbaycan Dəmir Yolları QSC iyunun 6-dan etibarən yeni istifadəyə verilmiş Dərnəgül dayanacağından rayonlara birbaşa qatar reyslərinə başlayır.
Qurumdan Teleqraf-a verilən məlumata görə, sərnişinlər artıq Dərnəgül dayanacağından:
Bakı–Qazax–Bakı,
Bakı–Ağstafa–Bakı (əlavə reyslər),
Bakı–Balakən–Bakı,
Bakı–Qəbələ–Bakı marşrutları üzrə səfər edə biləcəklər.
Bildirilib ki, biletləri rəsmi internet saytı, “ADY Mobile” tətbiqi və dəmiryol kassaları vasitəsilə əldə etmək mümkündür.