BAKI, 13 may. TELEQRAF
Bu gün Xəzər rayonunun bəzi yerlərində fasilə yaranacaq.
“Azərişıq” ASC-dən Teleqraf-a verilən məlumata görə, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində yenidənqurma işləri həyata keçiriləcək.
"Bununla əlaqədar saat 11:00-dan 15:00-dək Binə qəsəbəsi Südçülük sovxozu yaşayış massivi, Xəqani və Lələtəpə küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq," - qurumdan əlavə edilib.