BAKI, 12 may. TELEQRAF

Ağdam, Cəbrayıl, Füzuli və Zəngilan rayonlarında tullantı poliqonları və ötürücü məntəqələrin tikintisi üçün 11 milyon manatdan çox vəsait ayrılıb.

Teleqraf xəbər verir ki, "Təmiz Şəhər" ASC bu barədə açıq tender elan edib.

Müsabiqənin ehtimal olunan qiyməti 11 milyon 167 min 182,52 manatdır.

Tenderlə bağlı təkliflərin son təqdim olunma və zərflərin açılış tarixi iyunun 3-nə təyin edilib.

Qeyd edək ki, səhmdar cəmiyyət layihə ilə bağlı ikinci dəfədir tender elan edib. Ehtimallara əsasən, əvvəlki müsabiqədə podradçıların təklifləri "Təmiz Şəhər" ASC-ni qane etməyib.