BAKI, 12 may. TELEQRAF
Cari ilin mayın 1-nə əhalinin nominal gəlirləri 28 milyard 702,4 milyon manat olub.
Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2026-cı ilin yanvar - aprel aylarında 2025-ci ilin müvafiq dövrünə nisbətən 8,8% artıb.
Orta aylıq nominal əməkhaqqı 1 151,5 manat təşkil edib. 2026-cı ilin yanvar - aprel aylarında 2025-ci ilin müvafiq dövrünə nisbətən əməkhaqqları 6,2% artıb.