BAKI, 12 may. TELEQRAF

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 2025-ci ilin müvafiq dövrünə nisbətən 0,2% azalıb.

Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə ölkədə 39 milyard 875,1 milyon manatlıq və ya əvvəlki illə müqayisədə 0,2 faiz az ümumi daxili məhsul istehsal olunub.

Neft-qaz sektorunda ÜDM-in həcmi 12 135,0 milyon manat, qeyri neft-qaz sektorunda isə 27 milyard 740,1 milyon manat olub. 2026-cı ilin yanvar - aprel ayları 2025-ci ilin müvafiq dövrünə nisbətən neft-qaz sektorunda 0,9% azalma, qeyri neft-qaz sektorunda isə 0,7% artım olub.