BAKI, 12 may. TELEQRAF

Nazirlər Kabinetinin 8 may tarixli Qərarı ilə dövlət torpaq sahələrinin icarəhaqqlarına güzəştli əmsallar tətbiq olunacaq.

Teleqraf xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət əmlakının icarəyə verilməsi və dövlət ehtiyacları şöbəsinin müdir müavini Ehtiram Babayev jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, yeni qərar torpaq sahəsinin ölçüsü artdıqca daha aşağı əmsalların tətbiq olunması nəticəsində icarəhaqqının azaldılmasını nəzərdə tutur:

“Torpaq sahəsinin 5.000 kvadratmetredək olan hissəsi üçün 1, 5.001-10.000 kvadratmetredək olan hissəsi üçün 0,8, 10.001-50.000 kvadratmetredəki olan hissəsi üçün 0,7 və 50.000 kvadratmetredən yuxarı olan hissəsi üçün 0,5 əmsal, yəni 50% güzəşt tətbiq olunacaq.

Bu qərar Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən icarə edilən torpaq sahələrini, yəni özəlləşdirilən dövlət müəssisə və obyektlərin, habelə hüquqi, fiziki şəhslər tərəfindən inşa edilmiş müəssis və obyektlərin yerləşdiyi torpaq sahələrini əhatə edir.

İcarəhaqqı məbləğinin azaldılması fərdi qaydada sahibkarların maraqlarına xidmət edəcək. Eyni zamanda iri ölçülü torpaq sahələrinin icarəyə götürülməsini simulaşdırmaqla, icarəyə verilən torpaq sahələrinin həcminin artması dövət büdcəsinə daxil olmaların çoxlamasına şərait yaradacaq”.

E.Babayev əlavə edib ki, bundan əvvəl mövcud olan qərarla torpaq sahəsinin icarəhaqqı Bakı şəhəri üzrə bazar dəyərinin 3%-i həcmində, Respublikanın digər şəhər və rayonlarında isə bazar dəyərinin 2%-i həcmində müəyən edilib:

“Yeni qərarla bu heablama qüvvəsində qalır, əlavə olaraq isə yerləşməsindən asılı olamayaraq qeyd edilən yeni əmsallar tətbiq olunur.

Qəranın qəbulunda əsas səbəb iri ölçülü torpaq sahələrinin icarə verilməsini simullaşdırmaq və səmərəsiz, istifadə olunan və ya istifadə olunmayan torpaq sahələrinin icarəyə cəlb edilməsidir”.