BAKI, 22 yanvar. TELEQRAF

Türkiyənin Mərkəzi Bankı (TCMB) uçot dərəcəsini 100 baza bəndi azaldaraq 38%-dən 37%-ə endirib.

Teleqraf xəbər verir ki, TCMB dekabrda inflyasiyanın zəifləsə də, yanvarda ərzaq qiymətlərinin artdığını açıqlayıb.

Mərkəzi Bank eyni zamanda gecəlik borcvermə faizlərini 41%-dən 40%-ə, faiz dərəcəsini isə 36,5%-dən 35,5%-ə endirib.