BAKI, 21 yanvar. TELEQRAF
“SOCAR Karbamid” zavodunda 2023-2024-cü illərdə analitik həllərin tətbiqi ilə istismar gücünün yaxşılaşdırılması və xərclərin azaldılmasına nail olunub.
Teleqraf xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında "SOCAR Downstream Management" MMC-nin baş direktoru Emil Alxaslı deyib.
O qeyd edib ki, həmin dövr ərzində zavodun istehsal gücü 21%-dən çox artırılıb:
“Səmərəlilik baxımından, hər ton karbamid istehsalı üçün istifadə olunan yanacaq sərfiyyatı — təbii qaz yanacağı — 24%-dən çox azaldılıb. Bu nailiyyəti əldə etmək üçün bir sıra həll yollarından istifadə olunub".