BAKI, 20 yanvar. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın administrasiyası Qrenlandiya ilə bağlı vəziyyət fonunda gömrük rüsumları tətbiq edərsə, Böyük Britaniya hər il 6-15 milyard funt sterlinq (8-20 milyard dollar) həcmində iqtisadi itki ilə üzləşə bilər.
Teleqraf xəbər verir ki, bu barədə "The Spectator" jurnalı Britaniya Ticarət Palatalarının (BCC) hesablamalarına istinadən yazıb.
Məlumata əsasən, ABŞ administrasiyası 10 faiz həcmində tariflər tətbiq edərsə, bu halda Böyük Britaniya iqtisadiyyatına dəyən zərər illik 6 milyard funt sterlinq təşkil edəcək. Əgər iyun ayından etibarən rüsumlar 25 faizə qaldırılarsa, itkilərin illik 15 milyard funt sterlinqə çatacağı bildirilir.