BAKI, 25 dekabr. TELEQRAF
Ev təsərrüfatları büdcələrinin tədqiqinə dair rüblük dövriliklə seçmə statistik müayinə keçiriləcək.
Teleqraf xəbər verir ki bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənmiş "Rəsmi statistikanın inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.
Sənədə əsasən, statistik müayinə 2026-2030-cu illəri əhatə edəcək. İşin əsas icraçısı Dövlət Statistika Komitəsi olacaq.
Məqsəd əhalinin həyat səviyyəsini səciyyələndirən statistik məlumatların hazırlanması və yayılmasıdır.