BAKI, 1 dekabr. TELEQRAF
Masallıda yeni DOST Mərkəzinin tikilməsi üçün 9,8 milyon manat vəsait ayrılıb.
Teleqraf xəbər verir ki, mərkəzin tikintisi və avadanlıqların alınması üçün Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi açıq tender elan edib.
Tenderin ehtimal olunan qiyməti ümumilikdə 9 milyon 824 min 829,66 manatdır.
Qeyd edək ki, agentlik ölkənin bir neçə bölgəsində inzibati binalarının təmiri üçün də ümumi dəyəri 7 milyon 265 min 869 manat olan tenderlər elan edib.
Xaçmaz və Qusar şəhərlərində yerləşən inzibati binalarının əsaslı təmir işlərinin satın alınması üçün 2 milyon 180 min 403 manat vəsait ayrılıb.
Qax, Zaqatala və Qəbələ şəhərlərində yerləşən inzibati binaların təmir işləri üçün 2 milyon 670 min 789 manat ödəniş nəzərdə tutulub.
Eyni zamanda, DOST Agentliyinin Salyan, Hacıqabul rayonları və Biləsuvar şəhərində yerləşən filiallarının əsaslı təmiri üçün 2 milyon 414 min 677 manat xərclənəcək.