BAKI, 1 dekabr. TELEQRAF
Gümüş yeni həftəyə rekord qiymətlə başlayıb.
Teleqraf xəbər verir ki, metalın qiyməti ABŞ-də faiz endirimi gözləntilərinin artması və qlobal bazarlarda davam edən təchizat çatışmazlığı fonunda kəskin yüksəlib.
Ayın ilk ticarət günündə gümüşün bir unsiyasının qiyməti 57,86 dollara yüksəlib. Bununla da ardıcıl altı gündür bahalaşan gümüş ilin əvvəlindən bu yana dəyərini iki dəfə artıraraq, təxminən 60% bahalaşan qızılı belə geridə qoyub.
Oktyabr ayında dünyanın ən böyük gümüş ticarət mərkəzi olan Londona tarixi çatışmazlığı yumşaltmaq üçün rekord həcmdə metal axını müşahidə olunub. Bu isə digər qlobal mərkəzlərdə də təzyiq yaradıb.
“ANZ Group Holdings” bank və maliyyə xidmətləri şirkətinin əmtəə strateqisti Daniel Hayns bildirib ki, Londonda son dövrdə yaşanan metal axınının nəticəsi olaraq qlobal bazardakı qıtlıq hələ də hiss olunur:
“Görünür ki, investorların diqqəti qızıldan gümüşə yönəlir”.