BAKI, 29 noyabr. TELEQRAF
2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda 13 min 883,8 ton makaron məmulatları istehsal edilib.
Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 dəfə artıb.
Noyabrın 1-i vəziyyətinə ölkənin hazır məhsul ehtiyatı 249,4 tondur.