BAKI, 29 noyabr. TELEQRAF

"Bakı Mexanizasiya Tikinti" Açıq Səhmdar Cəmiyyəti ləğv olunduğunu elan edib.

Teleqraf xəbər verir ki, bununla əlaqədar olaraq Cəmiyyətin ümumi dəyəri 39 min 334 manat olan, hər birinin nominal dəyəri 2 manat təşkil edən 19 min 667 ədəd adi, adlı, sənədsiz səhmi dövriyyədən çıxarılır.

Məlumata görə, dövriyyədən çıxarılan səhmlərin mülkiyyətçiləri Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 106-1.3-cü maddəsi ilə müəyyən edilən hüquqlara malikdirlər.

Qeyd edək ki, "Bakı Mexanizasiya Tikinti" ASC 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 39 min 334 manat olan şirkətin qanuni təmsilçisi Rzayev Mürsəl Qəni oğludur.