BAKI, 28 noyabr. TELEQRAF

Mərkəzi Bank “Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyətinə icrası məcburi göstəriş verib.

Bu barədə Teleqraf-a Mərkəzi Bankdan məlumat verilib.

Belə ki, tənzimləyici tərəfindən “Sığortaçılarda korporativ idarəetmə Standartları”na əməl olunmaması ilə əlaqədar olaraq “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 102-ci maddəsinin tələblərinə əsasən icrası məcburi olan göstəriş verilib.