BAKI, 28 noyabr. TELEQRAF

Gələcəyin peşələri texnoloji inkişafa, qlobal iqlim dəyişikliyinə və iqtisadi dəyişikliklərə uyğunlaşan peşələr olacaq.

Teleqraf xəvər verir ki, bu barədə Türkiyə İş Qurumunun (İŞKUR) baş direktor müavini İbrahim Oğuzhan Yıldırım Bakıda keçirilən Gələcəyin Peşələri Sammitində çıxışı zamanı bildirib:

"Mühasibatlıq, tibbi məsləhətçi, hüquq məsləhətçisi kimi peşələrin sıradan çıxacağı düşünülür. 2024-cü ildə Türkiyə üzrə apardığımız araşdırmanın nəticələri göstərir ki, gələcəkdə peşələr yox, bacarıqları ön plana çıxacaq".