BAKI, 28 noyabr.TELEQRAF

İşğaldan azad olunan ərazilərdə əhalinin məşğulluq səviyyəsi 92%-nin üzərindədir.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Məşğulluq Agentliyinin (DMA) İdarə Heyətinin sədri Sadiq Əliyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, azad olunan ərazilərdə "Böyük Qayıdış" proqramı çərçivəsində əhalinin məşğulluğu ilə bağlı köçdən əvvəl məşğulluq imkanları yoxlanılır:

"Ötən dövr ərzində biz işğaldan azad edilmiş ərazilərdə "Məşğulluqdan məskunlaşmaya" devizi altında fəaliyyətimizi həyata keçirmişik. Qarabağda məskunlaşmış şəxslərin köçdən əvvəl məşğulluq imkanları qiymətləndirilir, daha sonra isə həmin ərazilərdə fəaliyyət göstərən işə götürənlərin vakansiyaları öyrənilir. Ərazilərə köçmüş sakinlərin məşğulluğunun təmin olması istiqamətində işlər görürük".