BAKI, 28 noyabr. TELEQRAF
" Azərbaycanda da KOB sektoru məşğulluğun təmin edilməsində əhəmiyyətli paya malikdir və muzdlu işçilərin 44%-i KOB subyektlərində çalışır. "
Teleqraf xəbər verir ki, bu barədə Bakıda keçirilən Gələcəyin Peşələri Sammitində çıxışında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
“Qeyd etdiyim bu amillər nəzərə alınmaqla, KOB-ların peşə və biznes təlimlərinə cəlb edilməsində bütün maraqlı tərəflərin, xüsusilə də dövlətin iştirakı və dəstəyi vacibdir.
KOBİA olaraq biz də, KOB subyektlərinin bilik və bacarıqlara çıxısının artırılması istiqamətində müxtəlif işlər həyata keçiririk,” - o əlavə edib.