BAKI, 22 sentyabr. TELEQRAF

"Çinlə Azərbaycan arasında əməkdaşlıq üçün yeni, böyük imkanlar görürük – xüsusilə iqtisadi əməkdaşlıq və hüquqi əməkdaşlıq baxımından".

Bu barədə Teleqraf-a Çin Xaricdə İnkişaf Assosiasiyasının (China Overseas Development Association - CODA) prezidenti Xı Cınvey bildirib.

O qeyd edib, ki son beş ildə Çin və Azərbaycan arasında münasibətlər çox yüksəlib:

“Bu nünasibətlər təkcə siyasi yox, həm də iqtisadi sahədə genişlənib. Biz əvvəllər Azərbaycanı neftlə zəngin ölkə kimi tanıyırdıq. İndi isə gördük ki, söhbət yalnız neftdən getmir, neftdənkənar sahələrə də investisiya yatırmaq mümkündür.Xüsusilə nəqliyyat sekotruna. Çünki Azərbaycan Çinlə Avropa arasında ən önəmli mövqedə yerləşir. Xəzər dənizindən istifadə etməklə Çinlə Avropa arasında koridoru genişləndirmək olar. Hazırda bütün Çin şirkətləri Avropa ilə əməkdaşlıq edir. Yeni marşrutla Çindən başlayaraq, Qazaxıstandan keçməklə Azərbaycana və daha sonra Türkiyədən Avropaya daşınan yüklərin həcmini artırmaq olar".

Xı Cınvey qeyd edib ki, Azərbaycanın tikinti sektoru investisiyalar üçün əlverişli sahədir:

Azərbaycanda yeni bazar, yeni imkanlar da gördük – məsələn, tikinti sahəsində. Çin şirkətləri infrastruktur layihələrində iştirak edə bilər".