BAKI, 23 iyul. TELEQRAF
"Maliyyə sektorunda avqustun 1-nə banklar və bank olmayan kredit təşkilatları (BOKT) üçün yeni maliyyə alətinə çıxış imkanı verən 3 illik proqramın tətbiqi nəzərdə tutulur".
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib.
Onun sözlərinə görə, proqram çərçivəsində bank və BOKT-lərin qeyri-rezident maliyyə təşkilatlarından cəlb etdikləri vəsaitlər manata mübadilə olunduqdan sonra Mərkəzi Bank tərəfindən təqdim olunan maliyyə aləti ilə hedc olunacaq. Hedc olunmuş vəsait mikro, kiçik və orta sahibkarlıq subyektləri, ailə-kəndli təsərrüfatları və özünüməşğul əhalinin kredit və lizinq vasitəsilə maliyyələşdirilməsinə yönəldiləcək".
T.Kazimov qeyd edib ki, banklar ucuz vəsaitlər əldə edəcəklər:
"Yaxın günlərdə bu məqsədlə bank rəhbərləri ilə görüşüm olacaq. Mərkəzi Bank tərəfindən ucuz vəsaitlərin iqtisadiyyata yönəldilməsinə nəzarət ediləcək. Bu vəsaitlərin istehlak deyil, iqtisadi sahələrə yönəldiulməsinə çalışılacaq. Hedc olunan vəsaitin bankın məcmu kapitalının 5 %- və yaxud kredit portfelinin 20 %-i qədər nəzərdə tutulur. Təsirlərə gəldikdə isə bankların bazar şəraitindən aslı olaraq 3-4 % xərci olacaq. Burda hər hansısa yüksək kredit riskləri yoxdur", - deyə o qeyd edib.