BAKI, 23 iyul. TELEQRAF

Manatın daxili və xarici dəyəri dayanıqlıdır.

Teleqraf xəbər verir ki, bunu Mərkəzi Bankın baş direktoru Vüqar Əhmədov bildirib.

"Aprel ayından başlayaraq Maliyyə Nazirliyinin vahid xəzinə hesabının sərbəst qalığının yerləşdirilməsi üzrə keçirdiyi depozit hərracları bank sektorunun likvidlik mövqeyinə artırıcı təsir göstərməkdə davam edir. Bu şəraitdə AMB izafi likvidliyin əhəmiyyətli hissəsini 1 həftəlik əməliyyatlarla sterilizasiya etməklə AZIR-i uçot dərəcəsinə yaxınlaşdırmağı hədəfləyib. Pul bazarında aktivlik yüksək olaraq qalır. Azərbaycanda nağd və qeyri-nağd seqmentlər əhatə olunmaqla ümumilikdə valyuta bazarında təklif tələbi üstələyib. Manatın daxili və xarici dəyəri stabil dəyərə malikdir".