BAKI, 14 iyul. TELEQRAF
Mərkəzi Bank “İpək Yolu Sığorta” ASC-yə və “Paşa Sığorta” ASC-yə icrası məcburi sərəncam verib.
Mərkəzi Bankdan Teleqraf-a verilən məlumata görə, hər iki şirkətdə aparılan monitorinq zamanı müstəqil ekspertlərlə mülki-hüquqi müqavilələrin bağlanmaması aşkarlanıb. Bununla da, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 102-ci maddəsinin tələblərinə əsasən, “İpək Yolu Sığorta” ASC-yə və “Paşa Sığorta” ASC-yə icrası məcburi göstəriş verilib.