BAKI, 12 iyul. TELEQRAF

2025-ci il iyulun 1-i vəziyyətinə ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 91,4 faizini mikro sahibkarlıq subyektləri təşkil edib.

Dövlət Statistika Komitəsindən Teleqraf-a verilən məlumata görə, mikro sahibkarlıq subeykti əsasən “Ticarət; nəqliyyat vasitələrinin təmiri” (35,0%), “Digər sahələrdə xidmətlərin göstərilməsi” (11,3%), “Tikinti” (9,2%), “Peşə, elmi və texniki fəaliyyət” (7,8%) və “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” (6,5%) sahələrində yaradılıb.

Hesabat dövründə ölkə üzrə 184 min 389 mikro sahibkar fəaliyyət göstərib.