BAKI, 12 iyul. TELEQRAF

Dünya birjalarında gümüş 1,35 faiz bahalaşaraq bir unsiya üçün 38,37 dollar təşkil edib. Bu da 2011-ci ilin sentyabrından bəri ən yüksək səviyyədir.

Teleqraf xəbər verir ki, ABŞ-nin gümüş idxalına tariflər tətbiq edəcəyi yönündə ehtimallar fyuçers qiymətlərini bahalaşdırdıqdan sonra iki əsas bazarı arasında qiymət balanssızlığı yaradıb.

Bu arbitraj imkanı həm də icarə haqqını artırıb. Çünki investorlar Nyu Yorkdakı Comex-lə əlaqəli anbarlara metal təmin etməyə çalışırlar.

Ağ metal bu il 27 faiz dəyər qazanaraq, artım faizi ilə qızılı geridə qoyub.