BAKI, 16 may. TELEQRAF

Böyükşor-Pirşağı yeni avtomobil yolunun 7.6-cı km-lik hissəsində yeni yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar olaraq hərəkət müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Teleqraf-a verilən məlumata görə hərəkətin məhdudlaşdırılması 17 may tarixində səhər saat 07:00-dan başlayaraq bir-neçə saat ərzində qüvvədə olacaq.

Qurum sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, öncədən hərəkət istiqamətinə uyğun alternativ yollardan istifadə etmələrini xahiş edir.