
BAKI, 22 fevral. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Ticarət Nümayəndəliyinə texnologiya şirkətlərinə qarşı rəqəmsal xidmət vergisi tətbiq edən ölkələri araşdırmağı tapışırıb.
Teleqraf xəbər verir ki, məsələ ilə bağlı məlumat verən Ağ Ev rəsmisi bildirib ki, Tramp administrasiyasına xarici dövlətlərin ABŞ şirkətlərinə tətbiq etdiyi rəqəmsal xidmət vergilərinə (DST), cərimələrə qarşı tarif siyasəti ilə cavab verməyi tapşırıb.
"Prezident Tramp xarici hökumətlərin ABŞ vergi bazasını öz xeyirlərinə mənimsəməsinə icazə verməyəcək," – deyə, Ağ Ev rəsmisi bildirib.
Qeyd edək ki, “Alphabet”in “Google”, “Meta”nın “Facebook” platformaları, “Apple” və “Amazon” da daxil olmaqla, ABŞ-nin aparıcı texnologiya nəhənglərini hədəf alan rəqəmsal xidmət vergiləri uzun müddətdir ticarət gərginliyinə səbəb olub.
Böyük Britaniya, Fransa, İtaliya, İspaniya, Türkiyə, Hindistan, Avstriya və Kanada bu və digər rəqəmsal xidmət təminatçılarının öz ərazilərində əldə etdiyi satış gəlirlərinə vergi tətbiq edir.