Noyabrın 17-də Moldova milisi ilə beynəlxalq yoldaşlıq oyunu keçirəcək Azərbaycan yığmasının heyəti açıqlanıb.

Teleqraf.com-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, millimizin baş məşqçisi Robert Prosineçki qarşıdakı oyun üçün 22 futbolçuya dəvət göndərib.

"Xəzər Lənkəran"ın futbolçusu Elşən Rzazadə ilk dəfə olaraq Azərbaycan millisinə çağırılıb.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Moldova oyunu saat 21:00-da başlayacaq.

Kamran Ağayev - "Karşıyaka" (Türkiyə)
Aqil Məmmədov - "Neftçi"
Anar Nəzirov - "Zirə"
Səlahət Ağayev - "İnter"
Tərlan Quliyev - "Kəpəz"
Maksim Medvedev - "Qarabağ"
Bədavi Hüseynov - "Qarabağ"
Rəşad Sadıqov - "Qarabağ"
Maqomed Mirzabekov - "Qəbələ"
Arif Daşdəmirov - "Qəbələ"
Ruslan Abışov - "Qəbələ"
Pavel Paşayev - "Metalurq" (Ukrayna)
Rəşad Eyyubov - "Kəpəz"
Qara Qarayev - "Qarabağ"
Elvin Məmmədov - "Qarabağ"
Əfran İsmaylov - "Qarabağ"
Dmitri Nazarov - "Karlsrue" (Almaniya)
Rəhman Hacıyev - "Neftçi"
Tuğrul Erat - "Fortuna Düsseldorf" (Almaniya)
Rahid Əmirquliyev - "Xəzər Lənkəran"
Elşən Rzazadə - "Xəzər Lənkəran"
Ruslan Qurbanov - "Neftçi"