BAKI, 8 noyabr. TELEQRAF
Azərbaycan atıcısı Nigar Nəsirova Misirin Qahirə şəhərində keçirilən ISSF Dünya Çempionatında parlaq çıxış edərək ölkəmizə gümüş medal qazandırıb.
Teleqraf xəbər verir ki, o, 50 metr məsafəyə tapançadan atəş yarışında 550 xal toplayaraq gümüş medal qazanıb və yeni dünya rekordu müəyyənləşdirib.
Qeyd edək ki, həm Nigar Nəsirova, həm də Çin təmsilçisi Yao Qianxun eyni nəticəni göstəriblər, lakin qalib mərkəzi vuruşların (x) sayına görə müəyyənləşib — Yao Qianxun 8x, Nigar isə 7x nəticə göstərib.