GƏNCƏ, 7 oktyabr. TELEQRAF

III MDB Oyunları çərçivəsində Gəncə İdman Sarayında qılıncoynatma üzrə yarışlar bitib.

Teleqraf-ın Gəncəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, qılıncoynatmanın şpaqa növü üzrə oğlanlardan ibarət Azərbaycan millisi finalda Rusiyaya uduzub (35:45) və gümüş medal qazanıb.

Sablya növü üzrə qızlardan ibarət ikinci komandamız yarımfinalda Rusiyaya (18:45) uduzub və bürünc medala sahib çıxıb.

Qızlardan ibarət əsas komda isə yarımfinalda Özbəkistana qalib gəlib - 45:37.

Finalda Rusiya ilə qarşılaşan millimiz 35:45 hesabı ilə uduzub və yarışı ikinci yerdə bitirib.

Xatırladaq ki, daha öncə qılıncoynadanlarımız 6 bürünc medal qazanmışdı.

Beləliklə, bu gün qılıncoynatma yarışlarına yekun vuruldu.