BAKI, 30 may. TELEQRAF
Velosipedçi Xuan Ayuso arı sancmasına görə "Giro d Italia Grand Tour" yarışından çəkilib.
Teleqraf xəbər verir ki, bu barədə ispaniyalı idmançının üzvü olduğu BƏƏ-nin "Team Emirates" komandasının mətbuat xidməti məlumat yayıb.
O, 18-ci mərhələdən əvvəl xəsarət aldıqdan sonra yarışa davam edə bilməyib. Ayuso yeddinci mərhələsinin qalibi olub.
"Aydındır ki, yarışın mənim üçün belə bitməsini istəməzdim, lakin bəzi şeylər mənim nəzarətimdən kənardadır. Digər iştirakçılara ən yaxşısını arzulayıram", - deyə Xuan Ayuso bildirib.
Qeyd edək ki, "Giro d Italia Grand Tour"un sonuna üç mərhələ qalıb. Turnirə iyunun 1-də yekun vurulacaq.