
BAKI, 23 may. TELEQRAF
Kanada yığma komandası hokkey üzrə dünya çempionatını 1/4 final mərhələsində tərk edib.
Teleqraf xəbər verir ki, kanadalılar turnirin ev sahiblərindən olan Danimarka millisinə uduzub.
Görüş 1:2 hesabı ilə başa çatıb. İlk iki hissədə komandalar bir-birinin qapısına zərbə vura bilməyib. 46-cı dəqiqədə müdafiəçi Travis Sanheim Kanadanın heyətində hesabı açsa da, 58-ci dəqiqədə hücumçu Nikolay Ehlers bərabərliyi bərpa edib, 60-cı dəqiqədə isə hücumçu Nik Olesen danimarkalılara qələbə qazandırıb.
Yarımfinalda Danimarka ilə yanaşı, Avstriyanı 6:0 hesabı ilə məğlub edən İsveçrə, Çexiyanı 5:2 hesabı ilə məğlub edən İsveç və Finlandiyanı 5:2 hesabı ilə məğlub edən ABŞ komandaları iştirak edəcəklər.