"Barselona"nın və İspaniya millisinin 17 yaşlı hücumçusu Lamin Yamal "France Football"un versiyasına görə ilin ən yaxşı gənc futbolçusu seçilib.

Teleqraf.com xəbər verir ki, bu barədə xarici mətbuatda məlumat yayılıb.

O, səsvermədə "Real Madrid"in yarımmüdafiəçisi Ard Güləri, "Mançester Yunayted"in yarımmüdafiəçisi Kobbi Mainanı, "Mançester Siti"nin vingeri Savinyo və "Barselona"nın müdafiəçisi Pau Kubarsini qabaqlayıb.