Bu gün Azərbaycan Premyer Liqasında XXXIV tura start verilib.

Teleqraf.com xəbər verir ki, turun açılış matçında "Neftçi" doğma meydanda "Kəpəz"i məşğul edib.

"Neftçi Arena"da oynanılan görüş "ağ-qaralar"ın 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra xallarını 53-ə çatdıran "Neftçi" ikinci pilləyə yüksəlib.

Qeyd edək ki, turun digər görüşləri mayın 11-12-də keçiriləcək.