Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol millisi Avropa çempionu olub.

Teleqraf.com xəbər verir ki, qızlar "C" divizionunun final oyununda yerli komanda ilə qarşılaşıblar.

Andorranı 57:45 hesabı ilə məğlub edən Azərbaycanın U-16 komandası heç bir görüşdə uduzmadan qitə çempionluğunu qazanıb.