Pelenin cənazəsi olan tabut bazar ertəsi vida mərasiminin olacağı “Santos” futbol klubunun stadionuna aparılıb.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə keçmiş futbolçu Edson Çolbi do Nasimentonun oğlu məlumat verib.
Bildirib ki, bazar ertəsi gecə kortejdə olan cənazə maşını San-Paulu klinikasından çıxıb. Futbolçunun karyerasının çox hissəsini eyniadlı klubunda keçirdiyi Santos şəhərinin küçələrində azarkeş bayraqları və ağ komanda köynəyi olan insanlar cənazə maşınını qarşılayıblar.
Stadion yerli vaxtla saat 10:00-da Pele ilə vidalaşmaq istəyənlərin üzünə açılacaq.
Qeyd edək ki, futbol əfsanəsi Pele dekabrın 29-da uzun sürən xəstəlikdən vəfat edib.